Əsas vəzifələr:
Keyfiyyətə Nəzarət Planında təsvir olunan bütün analizləri dəqiq və vaxtında yerinə yetirir, nəticələrin daxili spesifikasiyalara, istehsalatın keyfiyyət hədlərinə, standartlara və normalara uyğunluğunu təmin edir;
İstehsalatın tələblərinə və ətraf mühitə dair tənzimləyici qaydalara uyğunluğu təmin etmək məqsədilə alternativ yanacaqların qəbul edilməsi, hazırlanması, sınaqdan keçirilməsi və keyfiyyətinin yoxlanılması üçün cavabdehlik daşıyır;
AFR (Alternativ Yanacaq və Xammal) laboratoriya avadanlıqlarının düzgün işlədilməsini və istifadəsini təmin edir, onların müntəzəm olaraq standartlara uyğun şəkildə kalibrlənməsini həyata keçirir;
Daxili və xarici nümunələrin qəbul edilməsi, hazırlanması, yoxlanılması və saxlanması proseslərinə cavabdehlik daşıyır. Nümunələrin anbarda düzgün saxlanılmasını, müvafiq müddətdə saxlanılmasını və utilizasiyasını lazımi qeydləri apararaq təmin edir;
İstehsalat və API 10A standartının tələblərinə uyğunluğu təmin etmək məqsədilə quyu sementi laboratoriyasının fəaliyyətlərini həyata keçirir;
Laboratoriyanın daimi fəaliyyətini təmin etmək məqsədilə tələb yarandığı hallarda növbəli iş rejimini dəstəkləyir;
Laboratoriya fəaliyyətlərinin və qeydlərinin standartlara uyğun şəkildə dəqiq sənədləşdirilməsini və daxili/xarici nümunələrin izlənilməsi ilə laboratoriya qeydlərinin hazırlanmasını və saxlanılmasını təmin edir;
Laboratoriyada sınaqdan keçirilmiş test nəticələrində hər hansı təsdiq olunmuş kənara çıxma hallarını müəyyən edir, araşdırır, hesabat verir və qeydlər aparır. Nəticələr və uyğunsuzluqlar barədə Laboratoriya Rəhbərini vaxtında məlumatlandırır;
Dəqiq analiz nəticələrini əldə etmək üçün laboratoriya avadanlığı və metodlarının kalibrasiyasına və yoxlanmasına cavabdehlik daşıyır;
Keyfiyyət məlumatlarının və sınaq nəticələrinin düzgünlüyünü izləyir və yoxlayır, laboratoriya nəticələrinin məlumat bazasını saxlayır, statistik analizlər aparır və keyfiyyət hesabatları hazırlayır;
Analiz nəticələrinin və qeydlərinin dəqiqliyini təmin edir, nəticələrin təşkilat xaricindəki məxfiliyini və qərəzsizliyini qoruyur. Məlumatların LIMS-ə düzgün daxil olunmasını təmin edir;
Laboratoriyanın daimi fəaliyyəti üçün kimyəvi maddələrin və digər materialların ehtiyatını nəzarətdə saxlayır;
İstifadə olunan avadanlığın təmizlənməsinə və saz saxlanmasına cavabdehlik daşıyır, nasazlıqlar olduğu halda Laboratoriya Rəhbərinə məlumat verir;
Laboratoriyanın daim təmiz və səliqəli saxlanılmasını təmin edir;
Laboratoriya Rəhbəri tərəfindən verilmiş əlavə tapşırıqları öz vəzifə və öhdəlikləri daxilində yerinə yetirir;
Əməyin Mühafizəsi, Təhlükəsizlik və Ətraf Mühitin Qorunması (HSE) qaydalarına uyğun fəaliyyət göstərir;
Özü və ətrafındakı işçilər üçün təhlükəsiz iş mühiti yaratmaq məqsədilə şirkətin ƏMTT qaydalarına riayət edir.
Bacarıq və Kvalifikasiyalar:
Kimya və Kimya mühəndisliyi sahəsində ali təhsil;
Müvafiq sahə üzrə minimum bir il iş təcrübəsi;
MS Office tətbiqi;
Detallara diqqətlə yanaşmaq;
Azərbaycan - ana dili, İngilis dili biliyi yazı və danəşıq

Holcim is the leading partner for sustainable construction, creating value across the built environment from infrastructure and industry to buildings.
We offer high-value end-to-end Building Materials and Building Solutions - from foundations and flooring to roofing and walling - powered by premium brands including ECOPlanet, ECOPact and ECOCycle®.
Our more than 45,000 talented Holcim employees in 45 attractive markets - across Europe, Latin America and Asia, Middle East & Africa - are driven by our purpose to build progress for people and the planet, with sustainability and innovation at the core of everything we do.